ABŞ-də yeni qaydalar: Gizli ödənişlər qadağan olunur

ABŞ Federal Ticarət Komissiyası (FTC), 12 may tarixindən qüvvəyə minəcək yeni tənzimləməni – “Ədalətsiz və ya Aldadıcı Ödənişlər Qaydası”nı elan edib. Yeni qaydaya əsasən, canlı tədbirlər, otellər və qısa müddətli kirayə xidmətləri zamanı gizli ödənişlərin tətbiqi qadağan olunur.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, qayda həmçinin “aldadıcı qiymət dəyişdirmə” (bait-and-switch pricing) kimi üsulları və ümumi qiymətləri və ödənişləri gizlədən və ya yanlış təqdim edən istənilən təcrübələri yasaqlayır. FTC tərəfindən yayımlanan yeni sual-cavab bələdçisi, bu cür biznes sahiblərinə qiymət şəffaflığı ilə bağlı ətraflı məlumat və tövsiyələr təqdim edir.
Qayda canlı tədbir bileti satanları, otel və motel sahiblərini, Airbnb və VRBO kimi qısa müddətli kirayə xidmətlərini, eləcə də üçüncü tərəf platformaları, təkrar satıcıları və səyahət agentlərini əhatə edir.
Airbnb artıq bu tənzimləməni qabaqlayaraq öz xidmətində yenilik edib. Platforma istifadəçilərə qalacaqları yerin ümumi dəyərini əvvəldən göstərmək üçün sistemini dəyişdirib.
İslahat, istifadəçilərin daha şəffaf və ədalətli qiymətlərlə üzləşməsini təmin etməyi hədəfləyir.
Zeynəb Yunuszadə
14:10 07.05.2025
Oxunuş sayı: 809