Pakistan Hindistana raket zərbəsi endirdi : “Bu hücum cavabsız qalmayacaq”

Pakistan bu gün Hindistana raket zərbəsi endirib. Bu, səhər saatlarında Hindistanın Bəhəvalpur, Kotli və Muzaffərabad şəhərlərinə etdiyi hücuma cavab olaraq həyata keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə SAMAA TV telekanalı məlumat yayıb.
Belə ki, Pakistanın cavab zərbəsi güclü və hədəfə yönəlik olub.
Pakistan Ordusu sərt bəyanatla çıxış edərək bildirib:
“Hindistanın müvəqqəti sevinci əbədi bir kədərə çevriləcək”.
Rəsmi məlumatda həmçinin qeyd olunur ki, Hindistanın hücumlarından biri mülki vətəndaşların olduğu məscidi hədəfə alıb. Rəsmi İslamabad bu addımı utancverici hücum kimi dəyərləndirib və cavabın yalnız hava deyil, həm də quru əməliyyatları ilə davam edəcəyini açıqlayıb.
Bildirək ki, hazırda Hindistan tərəfi məsələ ilə bağlı hər hansı bir açıqlama verməyib.
Fatimə Məmmədova
10:32 07.05.2025
Oxunuş sayı: 1015