Tramp: “Kanadanın ABŞ-nin 51-ci ştatı olması mümkündür”

ABŞ prezidenti Donald Tramp Kanadanın sabiq Mərkəzi Bank rəhbəri və baş nazirliyə namizəd Mark Karni ilə görüşü zamanı Kanadanın ABŞ-yə 51-ci ştat kimi qoşulmasının mümkün olduğunu bir daha dilə gətirib.
“Mən hələ də buna inanıram, amma bilirsiniz, tanqoya iki nəfər lazımdır, elə deyilmi?” – deyə Tramp zarafatla qeyd edib.
Mark Karni isə cavabında Kanadanın “satılmadığını” vurğulayaraq ölkəsinin suverenliyinə sadiqliyini bir daha bəyan edib.
Crossmedia.az xəbər verir ki, Tramp daha əvvəl də ABŞ-yə yeni ştatların qoşulması ideyasını gündəmə gətirmişdi, lakin bu, Kanadada və beynəlxalq aləmdə ciddi şəkildə tənqid olunmuşdu.
Mədinə Cəlilova
21:34 06.05.2025
Oxunuş sayı: 958