The Guardian: Üçüncü Dünya müharibəsi 5-10 ilə başlaya bilər

Britaniyanın “The Guardian” nəşri yazır ki, ABŞ və Avropa rəsmilərinin qiymətləndirmələrinə əsasən, Üçüncü Dünya Müharibəsinin başlama ehtimalı növbəti 5-10 il ərzində mümkündür.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, İctimai rəy sorğularına görə, İkinci Dünya müharibəsinin başa çatmasından səksən il keçməsinə baxmayaraq, bir çox amerikalı və Qərbi Avropa sakini yaxın onillikdə daha dağıdıcı qlobal münaqişənin baş verə biləcəyinə inanır. Bu müharibənin ən mümkün səbəbi isə Rusiya ilə münasibətlərdə artan gərginlik olaraq göstərilir.
Nəşr qeyd edir ki, əhalinin böyük əksəriyyəti İkinci Dünya Müharibəsi dövründə və ondan öncə baş verən hadisələrin bu gün də aktual olduğunu düşünür və bu barədə gənc nəsillərə məlumat verilməsinin vacibliyini vurğulayır.
Mədinə Cəlilova
21:19 06.05.2025
Oxunuş sayı: 958