Naxçıvan Muxtar Respublikasında “Konstitusiya Marafonu” layihəsinə start verilir

“Konstitusiya və Suverenlik ili” ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Naxçıvan Dövlət Universiteti ilə birgə “Konstitusiya Marafonu” layihəsinə start verir.
Crossmedia.az "Report" istinadən xəbər verir ki, layihə çərçivəsində Universitetin Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinin iştirakı ilə onların Konstitusion biliklərini yoxlayan yarışlar, debat, məhkəmə simulyasiyası, konstitusiya normalarının tətbiqi üzrə səhnələşdirmə ilə yanaşı tələbələrin hakimlərlə görüşləri, sual-cavab və panel müzakirələr həyata keçiriləcək.
Layihənin açılı mərasimi 6 may 2025-ci ildə Naxçıvan Dövlət Universitetində baş tutacaq.
18:23 05.05.2025
Oxunuş sayı: 766