Fransa: “İran nüvə silahı əldə etməyə çalışır”

Fransanın xarici işlər naziri Jan-Noel Barro Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi ilə görüşündə xəbərdarlıq edib:
“İran ilə ABŞ arasında danışıqlar Avropa ölkələrinin təhlükəsizlik maraqlarına cavab verməsə, üç Avropa ölkəsi – Fransa, Britaniya və Almaniya dərhal tətik mexanizmini işə salacaq və BMT-nin Tehrana qarşı bütün sanksiyalarını bərpa edəcək”.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən məlumat verir.
Onun sözlərinə görə, “İran nüvə silahı əldə etməyə çalışır və uzanın zənginləşdirilməsi ilə bağlı üzərinə götürdüyü bütün öhdəlikləri aşıb”.
Nuray Mikayıllı
11:48 29.04.2025
Oxunuş sayı: 613