Netanyahudan etiraf: “Peycerləri divara atdım, taxtanı deşdi”

İsrailin Baş naziri Benyamin Netanyahunun sözlərinə görə, sentyabrın üçüncü həftəsində “Hizbullah” tərəfindən İrana göndərilən üç peycerin partlayıcı maddələrlə əlaqəli ola biləcəyi ehtimalı üzə çıxıb.
Netanyahu bildirib ki, bu peycerlər partlayıcı maddə daşıya biləcəyi şübhəsi ilə İranda test olunurdu.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, onun sözlərinə görə, daha əvvəl həmin cihazlarla əlaqəli bir skanerin də İran vasitəsilə Livana göndərilməsinin qarşısı alınıb.
"Bu barədə mənə bir neçə gün sonra məlumat verildi. Çox əsəbləşdim və dərhal niyə əvvəlcədən xəbər verilmədiyini soruşdum. Cihazların partlayıcı olub-olmadığını öyrənmək üçün nə qədər vaxt lazım olduğunu soruşdum, dedilər ki, bir günə nəticə əldə ediləcək. Mən də dərhal əməliyyata başlamağı əmr etdim," – deyə Netanyahu vurğulayıb.
Netanyahu onu da əlavə edib ki, hadisədən bir neçə ay əvvəl Mossad agentlərindən biri ona həmin peycerlərdən birini təqdim edib. “Soruşdum ki, bu cihazda nə qədər TNT var? Cavab verdi ki, dəqiq bilmir, bəlkə də nanogram səviyyəsindədir. Mən isə ‘bu heç nə edə bilməz’ dedim. Cihazı götürüb kabinetimin taxta divarına atdım və gördüm ki, taxtanı deşdi. O zaman dedim: yaxşı, davam edin,” – deyə Netanyahunun sözləri sitat gətirilib.
10:52 29.04.2025
Oxunuş sayı: 683