Gözləməli olacağımız siqnal

“Dünya” adlı yerdə mövcud olduğumuz gündən daim həyat ilə mübarizə aparırıq. Müəyyən bir çətinlik yaranan zaman isə günahı özümüzdə deyil, ətrafdakılarda axtarırıq. Biz kənara çəkilib düşünə bilmirik ki, bəlkə də günahlandırdığımız şəxsdə heç bir səhv yoxdur. Yarğıladığımız şəxs, özümüzük....
Əslində onu deyil, hərəkətlərimizi bir növ müdafiə etməyə çalışarkən, ədalətsiz davranmağı variant olaraq seçirik. Ən əsas da bunu təkcə əməldə etmirik, seçdiyimiz sözlərdə də göstəririk. Davranışımıza isə cəmiyyət kimi “özünmüdafiə” başlığını qoyuruq. Özünümüdafiəyə günün erkən saatlarında başlayırıq. Bəli, düz oxuyursunuz, günün erkən saatlarından.... Problemlər az imiş kimi bir də metroların yaratdığı qatar gecikmələrinin bəlalarına, səhər saatlarında cavab veririk. Gecikmə sözü kəlimədə bizə adi şəkildə görünə bilər. Real həyatda isə gərçəkliyini açıqaşkar görsədir. O zaman bir günlük qatar gecikmələrinin yaratdığı çətinlikləri təhlil etməyə çalışaq. Onda gözlərimiz ilə çox şeyin şahidi olacağıq. Ən vacibi də insan sıxlığının....
Təbii ki, günün hər saatında baş verən alqoritm deyil! Pik saatlarında olan prosesdir. Məsələyə görə bir saatı nümunə göstərsəm bu 07:40 olardı. Ona görə ki həmin vaxtda tələbələr universitetə, insanların çoxusu işə getmək üçün tələsir. Metronun girişində çanta yoxlanışları, karta pul yükləmək deyərkən axın bizi iki istiqamətə gətirib çıxarır. Həmin istiqmətlərdən biri də Həzi Aslanovdur. Burda qatarın gəlmə müddəti 4 bəzən ondan da gec dəqiqəni əhatə edir. Artıq həmin vaxtlarda insanların sayı getdikcə artmağa başlayır. Kimisi ön sıralarda dayanmağın sevincini yaşarkən, kimisi isə arxa sıralarda olduğu üçün təəssüflənir.
Arxa sırada olmaq yenidən gözləməli olacağımızın siqnalını verir. Lakin elələri vardır ki, ön sıraya keçib hədəfinə necə çatırsa, sənə şaşqınlıq dolu baxışlar buraxır. Yenidən növbəti qatarı gözləmək, insanların mübahisəsi, səslərin çoxluğu düşüncəsi insanların beyinini yorur. Proses təkrarlanır, qatar gəlir. Vaqondan düşən sərnişinə yol verməyə çalışanda səni sanki top atəşinə tuturlar. Özün belə bilmədən birdə görürsən ki, küncdə dayanıb, stansiyaya çatmağı arzulayırsan. Adamlar o qədər çoxdur ki, qolunu hərəkət etdirməyə də icazə vermirlər. Həddindən çox sərnişinlərin bir arada olması, maneçiliklərin yaranmasına səbəb olur. Təkcə onu fikirləşirsən ki, burdan tez şəkildə düşməliyəm. Onda qapıdan uzaq məsafədə durmusansa, insanları ayırıb çıxışı tapmalısan. Çox zamanlarda axınla birgə hərəkət edir, hədəfinə çatırsan. Yəni, stansiyana çatanda axın səni lazım olan yerə düşürdür. Geriyə isə evə dönmək üçün 18:10 mübarizəsi qalır. Həmin dəqiqələrdə istiqaməti Dərnəgül olaraq seçsək 6 dəqiqə vaqon gözləməli olacağıq. Əgər arzuladığın ön sıralarda durmusansa... Orda olmayanda, gərək 4 və ya 5 qatar ötürəsən. Nəhayət, sonuncu müqavimətdən sonra stansiyana doğru irəliləyirsən. Amma insanlarla aranda məsafənin olmaması səni özündən çıxarır. Bütün bunların səbəbində qatarların az olması dayanır. Bununla birgə günün yorğunluğu səni tanımadığın birinə çevirir. Az olduğu üçün gecikmələr olur. Metrolarda insanların sayı artır. Vaqon normaldan çox sərnişin götürmək məcburiyyətində qalır.
Nəzrin Gəncəliyeva
21:26 25.04.2025
Oxunuş sayı: 853