ATƏT-in Baş katibi işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri barədə məlumatlandırılıb

Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki bərpa-quruculuq işləri barədə ATƏT-in Baş katibi məlumatlandırılıb.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə keçirilən birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, həmin ərazilərə artıq insanların qayıdışı təmin edilir:
“Torpaqlarımız təkcə böyük tikinti meydançası deyil, ora həm də öz sakinlərinin evidir”.
400-ə yaxın insan mina partlayışının qurbanı olub.
O əlavə edib ki, həyatını itirən və xəsarət alan şəxslərin böyük əksəriyyəti mülki şəxslərdir.
18:42 25.04.2025
Oxunuş sayı: 886