Jurnalistika fakültəsində İrəvan mətbu mühitinin görkəmli nümayəndəsi Məmmədəli Nasirin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbirdə Məmmədəli Nasirin nəvəsi Şəfəq Nasir çıxış edərək, İrəvanda nəşr olunan "Lək-lək" və "Burhani həqiqət" jurnallarının transliterasiya olunmuş versiyalarını təqdim edib.
Tədbirdə Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, professor Qulu Məhərrəmli, AMEA-nın Ədəbiyyat institutunun baş elmi işçisi f.e.d, professor Abid Tahirli, ədəbiyyatşünas, f.e.d, professor Rüstəm Kamal, tarix elmlər doktoru Tahirə Həsənzadə, fakültənin digər müəllim və tələbələri iştirak ediblər.
Çıxışlarda Məmmədəli Nasirin Azərbaycan mətbuat tarixindəki rolu və 1937-ci il repressiyalarının ziyalı təbəqəsinə vurduğu zərbələr vurğulanıb.