ABŞ Baqrama geri qayıtdı

ABŞ, Taliban hökumətinin tələbi ilə Əfqanıstanın şərqində, Kabildən şimalda yerləşən Baqram Hava Bazasının nəzarətini yenidən ələ keçirdi.
Əfqan “Khaama Press” agentliyinin xəbərinə görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) rəis müavini Maykl Ellis də daxil olmaqla yüksək səviyyəli kəşfiyyat rəsmiləri və hərbi texnika daşıyan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus C-17 tipli təyyarə ötən həftə bazaya çatıb.
Baqram Hava Bazası və ümumilikdə Əfqanıstan həm İran, həm də Çinlə mümkün münaqişələrdə gələcək hərbi əməliyyatların aparılması baxımından son dərəcə strateji mövqeyə malikdir.
22:10 13.04.2025
Oxunuş sayı: 1019