Amerikalı general: “İranın zəif nöqtəsi əbədi deyil, ancaq realdır”

“Bu hücumlar və Qasım Süleymaninin İraqda öldürülməsi ABŞ-nin 5 il əvvəl və bu il gərginliyin artması ehtimalından qorxmayan bir prezidenti olduğunu göstərir. İran rəsmilərinin məqsədi rejimi qorumaqdır. Bu məqsəd təhlükəyə düşsə, onlar öz davranışlarını dəyişəcəklər. Bu təhlükəni yaradan rıçaqlar indi mövcuddur, ancaq pəncərə hər zaman açıq olmayacaq”.
Crossmedia.az xəbər verir ki, bu sözləri ABŞ Mərkəzi Komandanlığının sabiq komandanı, general Kennet Makkenzi “The New York Times” qəzetindəki qeydində İranın dəstəklədiyi “Ənsarullah” (husilər) hərəkatına qarşı son hücumları ciddi zərbə kimi şərh edərək yazıb.
Generalın sözlərinə görə, 2024-cü il İran rəsmiləri üçün ən uğursuz tarix olub. Onların müttəfiqləri və proksi qüvvələri zəifləyib, ballistik raketləri İsrailə qarşı təsirsiz olub və onlar İsrailin hücumlarına qarşı hava məkanlarını qoruya bilməyiblər.
10:05 07.04.2025
Oxunuş sayı: 903