Amerikada və Avropada açılan birjalarda kəskin eniş hökm sürür

Hazırda Amerikada və Avropada açılan birjalarda kəskin eniş hökm sürür. Brent markalı neft London birjasında 3% dəyər itirib və 64$-dan aşağıya enib. S&P 500 indeksi ciddi dəyər itirməkdədir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, dollar Şərqi Asiya ölkələri pul vahidləri qarşısında aşağı hədlə həftəyə başlayıb. Analitiklər səhərə qədər bu durum davam edəcəyi təqdirdə bunun Black Monday (Qara bazar ertəsi) olacağını qeyd edirlər. Hazırda dünya birjalarında stress vəziyyətidir və birjalarda səhmlərin vəziyyəti izləməyə davam edir.
Neftlə yanaşı, mis, nikel, sink və qurğuşun kimi xammal qiymətləri də düşməkdə davam edir
Neftin enişi 3.30% həddinə çatıb.
09:45 07.04.2025
Oxunuş sayı: 968