Netanyahu Vaşinqtona səfər edəcək

“İsrailin Baş naziri Benyamin Netanyahu sabah ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona səfər edəcək”.
Crossmedia.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin Mətbuat Xidməti məlumat yayıb.
“Görüşdə gömrük rüsumları məsələsi, girovlarımızın geri qaytarılması səyləri, İsrail-Türkiyə münasibətləri, İran təhdidi və Beynəlxalq Cinayət Məhkəməsində aparılan mübarizə müzakirə olunacaq”.
Qeyd edək ki, Netanyahunun Tramp ilə şəxsi və səmimi münasibətləri yüksək qiymətləndirilir.
12:56 06.04.2025
Oxunuş sayı: 988