"Almaniya Azərbaycanla münasibətlərinin inkişafına töhfələr verəcək -RƏY

"Almaniya və Azərbaycan münasibətləri hazırda sürətlə inkişaf edir".
Bu sözləri Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri və həmkarı İlham Əliyevlə görüşü barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı Günay Ağamalı deyib.
O bildirib ki, Almaniya Azərbaycanın Avropada ən vacib siyasi və iqtisadi tərəfdaşlarından biridir: "Xalqlarımız arasında əlaqələrin dərin tarixi kökləri vardır. XIX əsrdə bir qrup alman ailəsinin Azərbaycan ərazisinə köçü ölkəmizdə üzümçülüyün və şərabçılığın inkişafında mühüm rol oynayıb. Tarixi əlaqələr fonunda bu gündə rəsmi Bakı və Berlin arasında münasibətlər dinamik xəttlə inkişaf edir. Almaniya prezidentinin ölkəmizə rəsmi səfərə gəlməsi Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzunun göstəricisidir. Avropanın aparıcı iqtisadiyyatına sahib olan Almaniyanın Azərbaycanın enerji resurslarına təlabatı böyükdür. Hər il Azərbaycandan Almaniyaya böyük həcmdə neft və qaz məhsulları ixrac edilir.
Bu səbədən, rəsmi Berlin enerji təhlükəsizliyinin təmin olunması baxımından Xəzər regionunun mühüm və artmaqda olan rolunu etiraf edir.Mətbuat konfransı zamanı hər iki lider enerji sahəsində əməkdaşlığın inkişafından məmnunluğunu dilə gətirdi".
G.Ağamalının sözlərinə görə, prezident İlham Əliyev Almaniya prezidentinə Ermənistanla bağlı Azərbaycanın mövqeyini də çatdırıb:
"Eyni zamanda, Azərbaycan və Ermənistan münasibətlərindən danışan cənab Prezident İlham Əliyev sülh gündəliyi ilə bağlı ölkəmizin mövqeyini bir daha ali qonağın diqqətinə çatdırdı. Dövlət rəhbərimiz rəsmi İrəvanın konstitusiyana dəyişiklik etməsini və Minsk qrupunun ləğvinin zəruriliyini qeyd etdi.
Fransanın təkidi əsasında müxtəlif vaxtlarda Ermənistanın maraqlarına uyğun qərarlar qəbul edən Almaniya rəsmiləri üçün səsləndirilən faktlar Cənubi Qafqaz reallıqlarının aydın təsəvvürü idi. Hesab edirəm ki, rəsmi Berlin irəliyən zamanda tarixi həqiqətlər və geosiyasi reallıqlar kontekstində qərarlar qəbul edəcək, Azərbaycanla münasibətlərinin inkişafına töhfələr verəcək".
Nuray Qurbanlı
17:16 04.04.2025
Oxunuş sayı: 6536