Fransa kanalında yayımlanan xəritə qalmaqala səbəb oldu

Fransanın Arte telekanalında yayımlanan “28 dəqiqə” proqramının buraxılışında aparıcı Elizabet Kvinin təqdim etdiyi xəritə böyük mübahisələrə səbəb olub. Crossmedia.az xəbər verir ki, iddiaya görə, təqdim olunan xəritədə Ermənistanın mövcud olmadığı göstərilib.
Bu hadisə erməni lobbisinin kəskin reaksiyasına səbəb olub. Onlar telekanaldan rəsmi üzr istəməyi, aparıcı Elizabet Kvinin işdən çıxarılmasını və xəritəni hazırlayan dizaynerin cəzalandırılmasını tələb edirlər.
Qeyd edək ki, hazırda məsələ ilə bağlı Arte kanalı və proqram rəhbərliyi tərəfindən rəsmi açıqlama verilməyib. Hadisənin təsdiqi üçün isə, əlavə mənbələr tələb olunur.
Fidan Xəlilova
18:19 25.03.2025
Oxunuş sayı: 771