Zelenski: Putinin qorxduğu yeganə şəxs Trampdır

ABŞ və Rusiya heyətləri Ukraynadakı müharibəni bitirmək üçün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda görüşlərini davam etdirir. Belə ki, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ mətbuatına açıqlama verərək Rusiyanın dövlət başçısı Vladimir Putinin qorxduğu yeganə şəxsin ABŞ prezidenti Donald Tramp olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Tgrt Haber məlumat verib.
Zelenski qeyd edib ki, ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq etməklə Kremlin geri çəkilməsinə nail olub. O, həmçinin Trampın zamanla Putinin göründüyü qədər güclü olmadığını anlayacağını və Rusiyanın qalib gəlməsinin yalnız Ukrayna deyil, bütün Qərb üçün fəlakət olacağını vurğulayıb.
Xatırladaq ki, Zelenski daha əvvəl Tramp ilə Ağ Evdə görüş zamanı gərgin müzakirə aparmış və bunun nəticəsində birgə mətbuat konfransı ləğv olunub.
Fatimə Məmmədova
16:45 25.03.2025
Oxunuş sayı: 1013