Oscar mükafatlı fələstinli rejissor hücuma məruz qalıb və həbs olunub

"No Other Land" sənədli filmi ilə Oscar qazanan fələstinli rejissor Hamdan Ballal İordan çayının qərb sahilində israilli məskunlaşanların hücumuna məruz qalıb və daha sonra İsrail ordusu tərəfindən həbs edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
Şahidlər bildiriblər ki, təxminən 15 silahlı şəxs Ballalın evinə hücum edərək, ona və əmlakına ciddi ziyan vurub. İsrail əsgərləri müdaxilə etmək əvəzinə, Ballalı evinə qədər təqib edərək saxlayıb.
Məlumata görə, filmin israilli rejissoru Yuval Abraham bildirib ki, Ballal başından və bədənindən ağır zərbələr alıb, lakin xəstəxanaya aparılmaq əvəzinə həbs olunub. Digər rejissor Basel Adra isə bu hücumu "Oscar mükafatına görə intiqam" adlandırıb.
Qeyd edək ki, bu, filmin yaradıcı heyətinin ilk dəfə hədəfə alınması deyil. Fevral ayında Basel Adra da maskalı israilli məskunlaşanlar tərəfindən hücuma məruz qalıb.
Fatimə Məmmədova
16:15 25.03.2025
Oxunuş sayı: 919