İsrailin Suriya strategiyası: İşğal qalıcı olur? – Nazirdən səs-küylü etiraf!

İsrailin müdafiə naziri Yisrael Katz, ölkəsinin Suriyada işğal etdiyi ərazilərdə uzunmüddətli mövcudluğa hazırlaşdığını açıqlayıb. O, İsrail ordusunun bu məqsədlə hazırlıq gördüyünü bildirib.
Crossmedia.az xəbər verir ki, Katz İsrail dövlət televiziyası KAN-a verdiyi müsahibədə Hermon dağında (Cəbəl əl-Şeyx) yerləşən işğal olunmuş əraziyə işarə edərək “Biz burada qeyri-müəyyən müddətə qalırıq” deyib.
O, İsrailin Suriyada təhlükə mənbələri aşkar etdiyini iddia edərək, ordunun bu təhdidlərə qarşı mübarizə aparmaq üçün bölgədəki mövqelərini gücləndirdiyini bildirib.
Xatırladaq ki, İsrail ordusu son illərdə Suriyanın cənub bölgələrinə intensiv hava hücumları həyata keçirib. Ölkə ərazisində iki hərbi postunun olduğunu etiraf edən Katz, İsrail qüvvələrinin Suriyada 40-a yaxın hədəfə hücum etdiyini bildirib.
Qeyd edək ki, İsrail Suriyadakı Druz icmasını öz tərəfinə çəkmək üçün müxtəlif addımlar atır. Katz, Druz icmasının təhlükəsizliyini təmin edəcəklərini bildirərək, Qolan Təpələrində suriyalı druzların işləməsinə icazə veriləcəyini açıqlayıb.
Bundan əlavə, həftə sonu Suriyadan 100-ə yaxın druz icması üzvünün İsrailə dini ziyarət üçün səfər edəcəyi bildirilib.
00:45 13.03.2025
Oxunuş sayı: 494