USAID Ukraynanın enerji sektoruna 75 milyon dollarlıq dəstək paketini ləğv edib

ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ukraynanın Energetika Sahəsinə Dəstək Fondu ilə dəyəri 75 milyon dollar olan müqaviləni ləğv edib.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ-nin “Energy Community” təşkilatının internet saytında məlumat dərc edilib.
Bildirilib ki, rəsmi Kiyevə bu barədə bildiriş hələ fevralın 27-də göndərilib.
Ayrılacaq vəsaitin hesabına energetika sahəsində dayanıqlılığı təmin edəcək avadanlıqların alınması nəzərdə tutulurdu.
22:45 12.03.2025
Oxunuş sayı: 461