Dodik: “Bu torpaqları tərk etməyəcəyəm”

Bosniya və Herseqovina daxilindəki Serb Muxtar Respublikasının Prezidenti Milorad Dodik, Bosniya və Herseqovina (BiH) Prokurorluğunun barəsində həbs qərarı verməsinə baxmayaraq, ərazini tərk etməyəcəyini bildirib.
66 yaşını qeyd edən Dodik, Sarayevonun bu qərarını “ad günü təbriki” adlandırıb. O, Bosniya və Herseqovina hakimiyyətinin növbəti hədəfinin Serb Muxtar Respublikası polisi, onun əmlakı və Serb Pravoslav Kilsəsinin mülkiyyəti olacağını iddia edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Dodik Serb Muxtar Respublikasının Konstitusiyasının yenilənmiş versiyasını Milli Assambleyaya təqdim edəcəyini açıqlayıb. Onun sözlərinə görə, yeni konstitusiya Bosniya və Herseqovinanın mövcud konstitusiyasına zidd olmayacaq.
Məsələ ilə bağlı rəsmi qurumların mövqeyi hələlik bəlli deyil.
Zeynəb Yunuszadə
21:47 12.03.2025
Oxunuş sayı: 461