Qəzzada gündə 10-a yaxın xroniki xəstə müalicə üçün növbə gözləyərkən həyatını itirir

Qəzza zolağında gündə 5-10 nəfər xroniki xəstəlikdən əziyyət çəkən fələstinli, müalicə üçün qonşu ölkələrə köçürülməsini gözləyərkən həyatını itirir.
Crossmedia.az xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyinin sözçüsü Məhəmməd Əbu Salmiya məlumat verib.
Onun sözlərinə görə, böyrək çatışmazlığından əziyyət çəkən fələstinlilərin sayı əvvəllər 1 150 nəfər idisə, hazırda bu rəqəm 700-ə düşüb. O vurğulayıb ki, bunun əsas səbəbi İsrailin xəstələrin digər ölkələrə aparılmasına qoyduğu ciddi məhdudiyyətlər və Qəzzada dərman çatışmazlığıdır. Əbu Salmiya qeyd edib ki, böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin təxminən 40%-i bu səbəbdən həyatını itirib.
Xumar Əhmədova
19:30 12.03.2025
Oxunuş sayı: 604