İranın Ermənistandakı yeni təbliğatı: “Kino günləri festivalı keçiriləcək”

Ermənistanda “İran Kino Günləri” festivalının keçirilməsi məsələsini yekunlaşdırmaq və lazımi tədbirləri görmək məqsədilə İranın İrəvandakı mədəniyyət müşaviri Məhəmməd Əsədi Movəhhed və Ermənistan Milli Kitabxanasının rəhbəri Anna Çolyan görüşüblər.
Crossmedia.az “Shabestan” saytına istinadən xəbər verir ki, görüşdə festivalın açılış mərasiminin 13 mart saat 17:00-da (yerli vaxtla) mədəniyyət rəsmilərinin, eləcə də İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin iştirakı ilə keçiriləcəyi qərara alınıb. Eyni zamanda, iki ölkə arasında mədəni əlaqələrin inkişafının vacibliyi vurğulanıb.
Qeyd olunub ki, tərəflər elmi və mədəni əməkdaşlığın daha da genişləndirilməsinə zəmin yaratmaq üçün milli kitabxanalar arasında Anlaşma Memorandumunun imzalanması prosesini sürətləndirmək barədə razlığa gəliblər.
17:58 12.03.2025
Oxunuş sayı: 588