Tramp: Tesla-ya qarşı hücumları daxili terrorizm kimi tanıyacağıq

ABŞ Prezidenti Donald Tramp, Tesla dilerlik mərkəzlərinə qarşı zorakılığı daxili terrorizm kimi təsnif edəcəyini açıqlayıb. Ağ Ev müxbirlərinin paylaşdığı transkripsiyaya görə, bu addım Trampın İlon Maskla əlaqələrinin daha da gücləndiyini göstərir.
Son günlər dünya üzrə Tesla dilerlik mərkəzlərində etiraz aksiyaları genişlənib. “Tesla Takeovers” adlandırılan bu aksiyalar zamanı etirazçılar, Elon Maskın və onun rəhbərlik etdiyi Dövlət Effektivliyi Departamentinin (DOGE) federal hökuməti nəzarətə götürdüyünü iddia edərək buna qarşı çıxırlar.
Bəzi etirazlar zamanı Tesla loqolarına qrafiti çəkilib, enerji doldurma stansiyaları yandırılıb və bəzi dilerlik mərkəzlərinə Molotov kokteylləri atılıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Prezident Tramp etirazlar zamanı zorakılığa yol verənlərin məsuliyyətə cəlb ediləcəyini bildirib. O, çərşənbə axşamı Ağ Evdə Elon Maskla görüşü zamanı bu məsələyə toxunaraq deyib: “Biz bu cür hərəkətlərə yol verən hər kəsi tapacağıq, çünki onlar böyük bir Amerika şirkətinə zərər verirlər".
Tramp əlavə edib ki, “Bunu Tesla-ya və ya başqa bir şirkətə etsəniz, sizi tapacağıq və ciddi cəzalandıracağıq".
Zeynəb Yunuszadə
02:44 13.03.2025
Oxunuş sayı: 702