Serj Sarkisyana qarşı yeni ittihamlar irəli sürülüb

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan barədə İsakov prospektinə və Yerablur hərbi panteonuna bitişik torpaq sahələrinin qanunsuz olaraq mənimsəmə faktı ilə cinayət işi başlamışdır.
Sarkisyana qarşı külli miqdarda mənimsəmə və çirkli pulların yuyulması ilə bağlı cinayət işi üzrə ittiham irəli sürülüb.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən məlumat verir. Sarkisyan haqqında heç yerə getməməklə bağlı yazılı iltizam tədbiri seçilib.
15:35 12.03.2025
Oxunuş sayı: 3042