Kreml ABŞ-nin atəşkəslə bağlı təkliflərinə ilk rəsmi reaksiyasını verdi

Rusiya, ABŞ və Ukrayna arasında aparılan danışıqlardan sonra verilən bəyanatları diqqətlə öyrəndiyini açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Moskva, dövlət katibi Rubio və Trampın milli təhlükəsizlik üzrə müşaviri Valsın Səudiyyə Ərəbistanında keçirilən danışıqların detalları barədə məlumat verəcəyini güman edir.
Kreml yaxın günlərdə təmasların planlaşdırıldığını və bu barədə məlumat verəcəyini bildirib. Rusiya atəşkəs məsələsində heç kəsi qabaqlamaq istəmədiyini, ilk növbədə ABŞ-dən məlumat alması lazım olduğunu vurğulayıb. Kreml həmçinin, Rusiya ilə ABŞ arasında ən yüksək səviyyədə telefon danışığının baş tuta biləcəyini istisna etməyib.
Putin və Tramp arasında telefon danışığının lazım gələrsə, çox tez təşkil oluna biləcəyini, lakin bununla bağlı hələ bir razılaşma olmadığını qeyd edib.
15:13 12.03.2025
Oxunuş sayı: 3089