Ceyhun Bayramov Tokayevə Prezident İlham Əliyevin adından təşəkkür edib

Azərbaycan XİN başçısı Ceyhun Bayramov Aktau yaxınlığında AZAL təyyarəsinin qəzaya uğramasından sonra göstərilən təcili yardıma görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə Azərbaycan Prezidentİ İlham Əliyevin adından təşəkkür edib.
Crossmedia.az Akordaya istinadən xəbər verir ki, Ceyhun Bayramov Astanaya səfəri çərçivəsində qazaxıstanlı liderlə görüşü zamanı İlham Əliyevin və bütün Azərbaycan xalqının adından təşəkkürünü çatdırıb.
C.Bayramov həmçinin səmimi qəbula görə təşəkkürünü bildirib. O, Azərbaycanla Qazaxıstan arasında ikitərəfli münasibətlərin dinamik inkişaf etdiyini vurğulayıb.
Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.
İlkin məlumatlara görə, təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb.
14:20 11.03.2025
Oxunuş sayı: 3192