Avropanın Türkiyə ilə bağlı tarixi peşmanlığı…- TƏHLİL

Fransanın “Le Monde” nəşri yazıb ki, Türkiyə zəifləyən Avropa İttifaqı (Aİ) üçün imtina olunmaz tərəfdaşa çevrilib.
Məqalədə Türkiyənin Rusiya ilə əməkdaşlıq edə bilən və Moskvanın Suriyadakı təsir imkanlarını məhdudlaşdırmağı bacaran aktor olması xüsusi qeyd edilib: “Bəşər Əsəd rejimi devrilməzdən əvvəl Moskva Ankaranın Suriyadakı təsir imkanlarına sərhədlər qoyurdu. Bu gün isə tamamilə əksi oldu”.
Bundan başqa, qeyd olunub ki, rəsmi Ankara Ukraynanın gələcəyinin müəyyənləşdirilməsində açar aktor olması ilə bağlı mövqe ortaya qoyub.
ABŞ-da Donald Tramp hakimiyyətə gələndən sonra rəsmi Vaşinqtonla Brüssel arasında münasibətlərdə yeni nmərhələ başlanıb. Rusiya- Ukrayna müharibəsi ilə bağlı fikir ayrılıqları ABŞ və Avropa arasında gərginlik yaranıb. Ağ Evin müəyyən məqamlarda Kremlin “əlinə oynaması”, habelə Rusiyanın xeyrinə müharibəni bitirmək cəhdləri Avropanın təhlükəsizliyi ilə təhdid yaradır. Belə bir vaxtda Avropanın, doğrudan da, Türkiyəyə ehtiyacı var. Məsələni bir neçə konteksdən qiymətləndirmək olar. Birincisi, Türkiyə həm Avropa, həm də Rusiya ilə normal nadir dövlətlərdəndir. Avropa bunu yüksək qiymətləndirir. İttifaq daxilində başa düşürlər ki, mümkün təhdidlərin qarşısını yalnız Türkiyənin diplomatik səyləri ilə almaq mümkündür. Həmçinin yaxşı anlaşılır ki, Aİ ilə rəsmi Ankara araasınnda “soyuq küləklər”, nəticədə Avropanın Türkiyənin yardımından məhrum olması riskləri daha da artıra bilər.
İkincisi, Türkiyənin ABŞ-la da normal münasibətləri var. Ağ Evdə Ankaranın səsini eşidirlər. Bu mənada, ola bilsin, Avropa düşünür ki, Türkiyənin cəhdləri sayəsində ABŞ-nin xarici siyasətində, o cümlədən Rusiya- Ukrayna müharibəsi ilə bağlı mövqeyində müəyyən dəyişikliyə nail ola bilər.
Məlum olduğu kimi, Türkiyə uzun illərdir ki, Aİ-yə üzvlük uğrunda mübarizə aparır. Buna baxmayaraq, bəzi ölkələr Ankaranı ittifaqın “qapısı arxasında saxlayırlar”. Düşünmək olar ki, Avropanın hazıkı mövqeyi Türkiyənin üzvlük məsələsini də yenidən gündəmə gətirəcək.
Hazırkı mürəkkəb geosiyasi vəziyyətdə ABŞ və Aİ arasında rəqabət onların hər ikisini zəiflədə bilər. Vaşinqtona da, Brüsselə də Ankaranın dəstəyi lazımdır. Bu, həm də Rusiya ilə münasibətlər kontekstində qiymətləndirilməli olan məqamdır. İndi hansı tərəf Türkiyənin maraqlarını yerinə yetirərsə, rəsmi Ankara ona dəstək göstərəcək. Bu baxımdan ölkənin ittifaqa üzvlüyü mühüm əhəmiyyətə malikdir.
KƏNAN NOVRUZOV
12:53 10.03.2025
Oxunuş sayı: 987