İngiltərədə etirazçı Biq-Ben qülləsinə dırmaşaraq Fələstin bayrağını dalğalandırıb



İngiltərədə bir etirazçı, parlamentin məşhur "Biq Ben" qülləsinə qalxaraq Fələstin bayrağını dalğalandırıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, etirazçı 16 saatlıq aksiyanın sonunda etirazını dayandırıb və yanğınsöndürən nərdivanı ilə aşağı endirilib.
Etirazçı İnstaqram hesabında, demokratiyanın öldüyünü və vətəndaş itaətsizliyi ilə bağlı cəzaların artdığını ifadə edib. O, Fələstinli fəalların, hökumətin silah satışını dayandırmaq kimi vacib işləri yerinə yetirdiklərini, lakin bunun qarşısının alındığını qeyd edib.
Fəal, qülləyə dırmaşarkən ayağından kəsiklər alıb və qan izləri göstərən görüntülər ortaya çıxıb. Aksiyanı canlı yayımlayan etirazçılar, qida ehtiyatlarının kifayət qədər olduğunu və yaralarının ciddi olmadığını bildiriblər. Etirazçı, təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə bağlı “Əgər belə etsəniz, daha yüksəklərə qalxmalı olacağam” deyərək müqavimət göstərib.
Səlahiyyətlilər, aksiyanın "təhlükəsiz başa vurulması" üçün heç bir müdaxilə etmədiklərini açıqlayıblar.
Aksiya, polis tərəfindən qarşısı alınan parlamentin mərkəzində baş tutub.
05:50 10.03.2025
Oxunuş sayı: 1395