Suriyada uşaqlarla təxribata hazırlıq

Suriyada terrorçular uşaqlardan ibarət bir qrup yaradaraq onları təxribata cəlb ediblər.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, PKK/YPG/SDF terrorçu qruplaşması, Suriya ordusuna qarşı mübarizə aparmaq üçün ərəb batalyonu formalaşdırır. Batalyonun əksər hissəsini uşaqlar təşkil edir.
Rejimə aid keçmiş zabitlər, əsgərlər və yerli qəbilə rəhbərləri bu batalyonun yaradılmasında mühüm rol oynayıblar.
Terrorçu qruplaşma, bu batalyonu istifadə edərək ərəb xalqları arasında qarşıdurma yaratmağa və regiondakı demoqrafik tarazlığı daha da pozmağa çalışır.
Pərvin Hacıyeva
23:50 09.03.2025
Oxunuş sayı: 1216