İlon Maskdan sərt reaksiya: “Zelenski istefa verməlidir”

Amerikalı milyarder İlon Mask Ukrayna Prezidenti Volodimir Zelenskini ağır şəkildə tənqid edib. O, “Zelenski hakimiyyətdən imtina etməli və Ukraynanı tərk etməlidir” deyib. Mask bunu, ABŞ və Ukrayna simvolları ilə təqdim olunan açıqlamada, "X" platformasında yayınlayıb.
Mask, ABŞ hökumətinin işinin səmərəliliyinin artırılması üzrə məsuliyyət daşıyan DOGE departamentinə rəhbərlik etdiyi bir şəraitdə, “Bu, nə qədər xoşagəlməz olsa da, Zelenskiyə Ukraynada demokratiyaya dinc keçid müqabilində neytral bir ölkədə müəyyən bir amnistiya təklif edilməlidir” ifadəsini işlətmişdir.
Bu açıqlama siyasi mühitdə yeni müzakirələrə səbəb olub və regional sabitlik məsələlərində müxtəlif reaksiyalar gözlənilir. İlon Maskın bu təklifi, həm daxili, həm də beynəlxalq ictimaiyyət arasında geniş rezonans doğurub.
Mədinə Cəlilova
15:33 04.03.2025
Oxunuş sayı: 421