Suriyada druzlarla gərginlik səngimir

Suriyanın təhlükəsizlik qüvvələri druz təşkilatları ilə silahlı toqquşmadan sonra Dəməşq ətrafındakı Cərmana şəhərinə yerləşdirilib. Bu barədə Dəməşq vilayətinin təhlükəsizlik xidməti rəhbəri Tahan məlumat verib.
Onun sözlərinə görə, bu qərar həmin təşkilatların silahlı üzvlərinin təslim olmaqdan imtina etməsindən sonra qəbul edilib.
Tahan qeyd edib ki, adıçəkilən silahlılar "bütün vasitəçilik səylərini və razılaşmaları rədd ediblər" və vurğulayıb ki, Suriyanın heç bir hissəsi mərkəzi hakimiyyətin nəzarətindən kənarda qalmayacaq.
Bundan əvvəl Suriya qüvvələri druzlara 5 gün ərzində silahlarını təhvil vermələri üçün ultimatum vermişdi.
06:24 03.03.2025
Oxunuş sayı: 3361