Trampın müşaviri: «Şəhərdə yeni şerif var»

ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın təklif etdiyi sülh təşəbbüslərindən imtina edərək Trampı «əsəbiləşdirib». O, Fox News-a verdiyi müsahibədə qeyd edib:
"Tramp ilə görüş Rusiya ilə danışıqlara və müharibənin dayandırılmasına doğru pozitiv addım ola bilərdi. Lakin bunun əvəzinə indi məlum deyil ki, Zelenski həqiqətən döyüşləri dayandırmaq istəyirmi?"
O vurğulayıb ki, Zelenski Bayden dövründə «nə qədər lazımdırsa» dəstəyinə öyrəşib, lakin indi vəziyyət dəyişib.
Uolts həmçinin bildirib ki, Zelenskinin yanaşması «yanlış və vaxtsızdır» və ABŞ vergi ödəyicilərinin səbir və vaxtı «sonsuz deyil».
Müşavir əlavə edib ki, məhz Amerika tərəfi Zelenskinin Ağ Evə səfərindən sonra onunla danışıqları dayandırmaqda israr edib.
04:19 02.03.2025
Oxunuş sayı: 1394