Pakistanda məşhur din xadimi terror aktında həlak olub

Bu gün Pakistanda Həqqaniyə məscidində törədilən terror aktı nəticəsində tanınmış din xadimi Mövlana Həmid əl-Həqq həyatını itirib.
Crossmedia.az Pakistan mediasının məlumatına istinadən xəbər verir ki, Mövlana Həmid əl-Həqq atasının – Mövlana Səmi əl-Həqqin vəfatından sonra Həqqaniyə İcması Siyasi Partiyası və Dini Mərkəzinin rəhbəri vəzifəsini icra edirdi.
Hadisə ilə bağlı araşdırmalar aparılır.
19:10 28.02.2025
Oxunuş sayı: 3696