Katy Perry qadınlardan ibarət kosmik missiyada iştirak edəcək

Məşhur müğənni Katy Perry, tamamilə qadınlardan ibarət bir uçuş çərçivəsində kosmosa gedəcək.
Uçuş, Blue Origin şirkətinə məxsus raketlə həyata keçiriləcək.
Katy Perry bu missiyada Blue Origin şirkətinin sahibi Jeff Bezosun nişanlısı Lauren Sanchez, CBS aparıcısı Gayle King, keçmiş NASA raket alimi Aisha Bowe, vətəndaş hüquqları fəalı Amanda Nguyen və kino prodüseri Kerianne Flynn ilə birlikdə iştirak edəcək.
Missiya Blue Origin-in New Shepard raketi ilə reallaşacaq. Bu tip uçuşlar təxminən 11 dəqiqə davam edir, pilot olmadan həyata keçirilir və sərnişinləri beynəlxalq səviyyədə kosmosun sərhədi kimi qəbul edilən Kármán xəttindən yuxarıya aparır.
Missiyanın təşkilatçısı Lauren Sanchez, tamamilə qadınlardan ibarət belə bir uçuş ideyasını ilk dəfə 2023-cü ildə açıqlamış və bu layihənin qadınlar üçün yeni imkanlar yaratmaq məqsədi daşıdığını bildirmişdi.
Zeynəb Yunuszadə
04:25 01.03.2025
Oxunuş sayı: 609