Papuaşvili: Zurabişvili Gürcüstanı Rusiya ilə münaqişəyə sövq etməyə çalışıb

Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili 2022-ci ildə ölkəni Rusiya ilə münaqişəyə sövq etməyə çalışıb.
Crossmedia.az Gürcüstan mətbuatına istinadla xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili məlumat verib.
Onun sözlərinə görə, bu, 2022-ci il fevralın 25-də prezident iqamətgahında məmurlarla görüşdə baş verib.
“Əgər biz, xüsusən də Ukraynadan gələn çağırışlara əməl edərək eskalasiyaya getsəydik və müxalifətimiz, həmçinin, QHT-lər bu çağırışlar üçün alət kimi istifadə olunsaydı, bu, Zurabişvili üçün nümunəvi vəziyyət olardı. QHT-lər və müxalifət bizdən könüllüləri Ukraynaya göndərməyi tələb edirdi ki, Gürcüstan müharibəyə qoşulsun və burada ikinci Ukrayna olsun”, - deyə o bildirib.
Nəzrin Salmanova
18:46 27.02.2025
Oxunuş sayı: 6297