Kanada Ukraynaya yeni hərbi yardım paketi açıqladı

Kanadanın Baş naziri Castin Trüdo Ukraynaya yeni hərbi yardım paketini elan edib.
Crossmedia.az xarici mətbuata istinadən xəbərinə görə, Kanada hökuməti bildirib ki, bu yardım Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək və Rusiya təcavüzünə qarşı mübarizəsini dəstəkləmək məqsədi daşıyır.
Yardım paketinə aşağıdakılar daxildir:
25 ədəd LAV II PDM zirehli texnikası
2 ədəd döyüş dəstək maşını
1 ədəd F-16 üçün yer idarəetmə sistemi
4 ədəd F-16 uçuş simulyatoru
Milyonlarla güllə
Hərbi avadanlıq və ilk yardım dəstləri
Dondurulmuş Rusiya aktivlərindən 3,3 milyard avro maliyyə dəstəyi
Kanada hökuməti bildirib ki, bu yardım Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək və Rusiya təcavüzünə qarşı mübarizəsini dəstəkləmək məqsədi daşıyır.
Fidan Xəlilova
17:28 27.02.2025
Oxunuş sayı: 1220