Rusiyadan ABŞ-yə saziş təklifi

Rusiya ABŞ-yə potensial saziş təklif edib.
Crossmedia.az xəbər verir ki, bu barədə NBC News məlumat verib.
Sazişdə Rusiyanın nəzarətində olan Donbas və Zaporojye vilayəti ərazilərində nadir torpaq mineralları və digər qiymətli metallar üzərində mülkiyyət hüquqlarının bir hissəsini alması təklif olunur.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın komandası nadir torpaq mineralları ilə bağlı belə bir razılaşmanı təsdiq etməyib, lakin bunu istisna da etməyib.
Nəzrin Salmanova
09:45 27.02.2025
Oxunuş sayı: 786