Polşa səfirliyi Xocalı soyqırımı ilə bağlı paylaşım edib

Polşanın Azərbaycandakı səfirliyi Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib.
Crossmedia.az xəbər verir ki, bu barədə səfirliyin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
“1992-ci ildə Xocalıda həyatını itirənlərin xatirəsini anan azərbaycanlılara qoşuluruq. Xocalıda ailələrini, dostlarını, evlərini itirən hər kəsə dərin hüznlə başsağlığı veririk” , - paylaşımda qeyd edilib.
17:40 25.02.2025
Oxunuş sayı: 911