CROSSMEDIA - Polşa ABŞ qoşunlarını qəbul etməyə hazırdır
Xarici xəbərlər

Polşa ABŞ qoşunlarını qəbul etməyə hazırdır

Polşa prezidenti Andjey Duda ölkəsinin Almaniyada yerləşən bütün ABŞ qoşunlarını öz ərazisində yerləşdirməyə hazır olduğunu bildirib.

Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bu açıqlama ABŞ-nin  vitse-prezidenti Cey Di Vensin Almaniyadakı Amerika hərbi kontingentinin gələcəyi ilə bağlı mümkün dəyişikliklər barədə bəyanatından sonra verilib.

Belə ki, Duda Avropanın ABŞ-dən asılılığını azaltmalı olduğunu bildirən alman siyasətçilərin mövqeyinə münasibət bildirərək, "Almaniya bizə ABŞ ilə münasibətlərini versin. Biz onları, eləcə də Almaniyada yerləşən bütün Amerika qoşunlarını məmnuniyyətlə qəbul edərik. Xoş gəlmisiniz"! – deyə vurğulayıb.


Fatimə Məmmədova 

16:59 25.02.2025

Oxunuş sayı: 1356

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR