Türkiyə: Orta Dəhlizin inkişafı vacib məsələdir

Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz Orta Dəhlizin inkişafının strateji əhəmiyyət daşıdığını bildirib.
Crossmedia.az xəbər verir ki, o, bu fikirləri Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Nökərguly Atagulyyev ilə birgə mətbuat konfransında səsləndirib.
Yılmaz qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun buraxılış qabiliyyətinin artırılması və Zəngəzur dəhlizinin açılması Orta Dəhlizi daha da cəlbedici edəcək.
Bundan əlavə, Türkiyə üzərindən Türkmənistan qazının Avropa və dünya bazarlarına tədarükü istiqamətində işlərin davam etdiyini vurğulayıb.
Fatimə Məmmədova
16:52 25.02.2025
Oxunuş sayı: 1354