Amerikalılar Mark Zukerberqi Elon Maskdan daha mənfi qiymətləndirir

Pew Araşdırma Mərkəzinin yeni hesabatına görə, ABŞ vətəndaşlarının böyük hissəsi Meta-nın rəhbəri Mark Zukerberqə qarşı mənfi münasibətdədir. Araşdırma nəticələrinə əsasən, respondentlərin 67%-i Zukerberqi mənfi qiymətləndirib. Elon Mask üçün isə bu göstərici 54% təşkil etməkdədir.
Mütəxəssislər bildirir ki, son illərdə hər iki texnologiya rəhbəri ictimai diqqət mərkəzində olub və müxtəlif səbəblərdən tənqid edilib. Hesabata görə, Zukerberqin populyarlığı son dəyişikliklər, xüsusilə Meta-nın məzmun moderasiya qaydalarına etdiyi dəyişikliklər fonunda azalıb. Mask isə keçmiş prezident Donald Trampa verdiyi dəstək və siyasi çıxışları ilə gündəmdə qalır.
Crossmedia.az xəbər verir ki, araşdırmaya görə, hər iki iş adamı Trampın prezidentliyi dövründə onunla sıx əlaqədə olub və seçki kampaniyasına maliyyə yardımı ayırıb. Bununla belə, ictimaiyyətin onlara münasibəti fərqli şəkildə formalaşıb və hazırda hər ikisi geniş tənqidlərə məruz qalır.
Zeynəb Yunuszadə
16:44 25.02.2025
Oxunuş sayı: 1173