CROSSMEDIA - İran və Rusiya XİN rəhbərləri görüşüblər
Xarici xəbərlər

İran və Rusiya XİN rəhbərləri görüşüblər

İranın xarici işlər naziri Abbas Əraqçı bu gün Tehrana səfər edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə bir araya gəlib.

Crossmedia.az bu barədə IRNA-ya istinadən xəbər verir.

Məlumata görə, XİN rəhbərləri arasında ikitərəfli münasibətlər, ən mühüm regional və beynəlxalq məsələlər müzakirə ediləcək. Rusiyanın xarici işlər naziri iranlı həmkarının dəvəti ilə ikitərəfli əlaqələrin genişləndirilməsi və iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq sazişinin həyata keçirilməsi sahələrini müzakirə etmək üçün Tehrana səfər edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Sergey Lavrovun Tehrana səfərini ikitərəfli əlaqələr və regional proseslərlə bağlı davam edən danışıqların bir hissəsi kimi qiymətləndirib. 

16:24 25.02.2025

Oxunuş sayı: 1214

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR