CROSSMEDIA - Zelenski prezident olaraq qalır: Ali Rada ona dəstək bəyanatını qəbul etdi
Xarici xəbərlər

Zelenski prezident olaraq qalır: Ali Rada ona dəstək bəyanatını qəbul etdi

Ukrayna Ali Radasında prezidentin müharibə sonuna kimi kürsüsünü qoruması barədə təşəbbüs dəstəklənib.

Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, 268 deputatın dəstəkləməsi ilə qəbul edilən qərara əsasən, Zelenskinin səlahiyyət müddəti müharibə sonuna və hərbi vəziyyətin ləğvinə kimi uzadılıb. O, Ukraynanı beynəlxalq platformalarda və danışıqlarda təmsil edəcək legitim prezident kimi fəaliyyətinə davam edəcək.

Qeyd etmək lazımdır ki, qərara əsasən, Ukraynada prezident seçkiləri yalnız müharibə başa çatdıqdan və davamlı sülh bərqərar olduqdan sonra elan ediləcək. 

16:20 25.02.2025

Oxunuş sayı: 1092

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR