Müəllimin telefonunun sındırılması iddiasına nazirlikdən cavab - ÖZƏL

Bu günlərdə sosial şəbəkələrdə Xırdalan şəhərində 1 nömrəli məktəbdə aşağı qiymət alan şagirdlərin müəllimin telefonunu əlindən alıb sındırdıqları barədə iddialar yayılıb. Qeyd olunur ki, şagirdlər bununla da kifayətlənməyib müəllimə "məktub" da yazılıblar. Bu, əlbəttə, kifayət qədər ciddi və ajiotaj yarada biləcək məsələdir.
Sözügedən iddialarla bağlı Azərbaycan Elm və Təhsil Nazirliyi Crossmedia.az-ın sorğusunu cavablandırıb.
Sorğuya cavabda qeyd olunub ki, məktəbdə o adda müəllim yoxdur: "Faktla bağlı digər məktəblərdən də soruşuldu, təsdiqini tapmadı".
Kənan Novruzov
16:18 25.02.2025
Oxunuş sayı: 941