CROSSMEDIA - Avropa müdafiə texnologiyalarının gələcəyi üçün Ukraynaya üz tutur
Xarici xəbərlər

Avropa müdafiə texnologiyalarının gələcəyi üçün Ukraynaya üz tutur

Rusiyanın Ukraynaya müdaxiləsindən üç il ötür. Müharibənin davam etdiyi bu müddət ərzində Ukrayna təkcə döyüş meydanında deyil, həm də texnoloji sahədə də irəliləyişlər əldə edib.

Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkə BRAVE1 adlı müdafiə texnologiyaları təşəbbüsünü yaradaraq, hərbi innovasiyalara geniş yer ayırıb. Bundan əlavə, IT Arena kimi beynəlxalq texnologiya konfranslarına ev sahibliyi edərək müharibəyə baxmayaraq texnoloji inkişafını davam etdirib.

Ukrayna artıq süni intellekt əsaslı dron texnologiyalarında liderə çevrilib və Qərbin müdafiə sənayesi və investorları üçün mühüm mərkəz olub. Son illərdə baş verən hadisələr Avropa ölkələrinin Ukraynanın müdafiə sektoruna daha çox maraq göstərdiyini nümayiş etdirir.

Ekspertlər bildirirlər ki, Avropa indi anlayır ki, öz təhlükəsizliyini təmin etmək və gücləndirmək üçün Ukrayna ilə daha sıx əməkdaşlıq etməlidir. Müdafiə sahəsində bu yeni istiqamət gələcəkdə bölgədəki qüvvələr balansına ciddi təsir edə bilər.


Zeynəb Yunuszadə 

16:15 25.02.2025

Oxunuş sayı: 1151

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR