Yağmursuz hava müşahidə olunur - FAKTİKİ HAVA

Fevralın 25-i saat 14:30-a olan faktiki hava açıqlanıb.
Crossmedia.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, fevralın 25-i saat 14:30-a olan məlumatına əsasən hazırda ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə olunur.
Əvvəlcədən xəbər verildiyi kimi, sarı xəbərdarlığa uyğun olaraq Zəngilanda 19 m/s, Mingəçevirdə 18 m/s, Göyçay və Qobustanda 16 m/s, Daşkəsən və Yardımlıda 15 m/s-dək qərb küləyi əsir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 8 dərəcəyədək isti, Naxçıvan MR-da 3, dağlıq rayonlarda 6, yüksək dağlıq ərazilərdə 13 dərəcəyədək şaxta qeydə alınıb.
14:53 25.02.2025
Oxunuş sayı: 4629