CROSSMEDIA - Fransa Almaniyada nüvə silahı olan təyyarələr yerləşdirə bilər
Xarici xəbərlər

Fransa Almaniyada nüvə silahı olan təyyarələr yerləşdirə bilər

ABŞ bölgədən qoşunlarını çıxaracağı təqdirdə Fransa Almaniyada nüvə silahına malik təyyarələr yerləşdirə bilər.


Crossmedia.az xəbər verir ki, “Daily Telegraph” qəzeti bu barədə öz mənbələrinə istinadla məlumat yayıb.

Qəzetin məlumatına görə, Fransa Avropanı qorumaq üçün nüvə qalxanından istifadə etməyə hazırdır və ABŞ-ın qoşunlarını qitədən çıxarmaq təhdidləri fonunda Almaniyaya nüvə silahına malik təyyarələr göndərməsi istisna olunmur.


Berlindəki diplomatların fikrincə, bu addım Rusiyaya bir siqnal olacaq və Böyük Britaniyanı Parisdən nümunə götürməyə məcbur edəcək.

Qeyd edək ki, NATO-nun müdafiə strategiyasında əsas rol oynayan Böyük Britaniyanın nüvə arsenalında fərqli olaraq Fransanın nüvə vasitələri alyansdan asılı deyil.


Bir müddət öncə Bundestaqa seçkilərdə qalib gələn Xristian Demokrat İttifaqı və Xristian Sosial İttifaqı blokunun lideri, Almaniya kansleri postuna gələcək namizəd Fridrix Merts Avropanın bundan sonra ABŞ Prezidenti Donald Tramp administrasiyasının müdafiəsinə bel bağlamamalı olduğunu bildirmişdi. O, həmçinin Fransa və Böyük Britaniya ilə nüvə müdafiəsi üzrə danışıqlara başlamağa çağırmışdı.

14:41 25.02.2025

Oxunuş sayı: 888

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR