CROSSMEDIA - Səfir: Garo Paylanın xam xəyalına son qoyulmalıdır
Gündəm

Səfir: Garo Paylanın xam xəyalına son qoyulmalıdır

Garo Paylanın xam xəyalına son qoyulmalıdır. Bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) Xocalı soyqırımına həsr edilən anım mərasimində çıxışında deyib.

Səfir erməniəsilli sabiq millət vəkili Garo Paylanın Ermənistan mətbuatındakı bəyanatına öz etirazını ifadə edib.

Qeyd edək ki, Paylan bəyanatında ABŞ və Fransanın dəstəyi ilə yenidən Qarabağ problemini gündəmə gətirməyi bildirib.

TBMM-də 25, 26 və 27-ci dönəmlərd millət vəkili olan Garo Paylanın son açıqlamalarını “erməni xalqının düşüncəsini zəhərləyən çıxış” adlandıran səfir vurğulayıb ki, bu cür məsuliyyətsiz davranışlara görə sabiq millət vəkili Türkiyə ictimaiyyəti tərəfindən şiddətlə qınanmalıdır:

“Əks təqdirdə sülh müqaviləsinin imzalanmasına mane olan bu cür təxribatlar Ermənistanı yenidən müharibəyə sövq edə bilər”. (repor)

19:13 24.02.2025

Oxunuş sayı: 872

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR