Mühafizəkar XDİ/XSB bloku Bundestaqa növbədənkənar seçkilərdə qalib gəlib

Almaniyada fevralın 23-də Bundestaqa keçirilən növbədənkənar seçkilərdə Xristian Demokrat İttifaqı/Xristian Sosial Birlik (XDİ/XSB) bloku 28,6 % səs toplayaraq qalib gəlib.
Crossmedia.az xəbər verir ki, bu barədə Federal Seçki Komissiyası saytında məlumat yayıb.
“Almaniya üçün Alternativ” 2021-ci il seçkiləri ilə müqayisədə səs payını iki dəfə artıraraq 20,8 % toplayaraq tarixində ilk dəfə ikinci olub.
Üçüncü yerdə kansler Olaf Şoltsun Almaniya Sosial Demokrat Partiyası qərarlaşıb. Onu seçicilərin 16,4 %-i - 2021-ci ildəkindən üçdə bir az dəstəkləyib.
Bu, Sosial Demokratlar üçün partiyanın tarixində ən pis nəticədir.
Siyahıda daha sonra Yaşıllar və Sol Partiyasının adları yazılıb. Onlar müvafiq olaraq 11,6 % və 8,8 % səs toplayıblar.
11:20 24.02.2025
Oxunuş sayı: 989